SharEX #2 | PM

Tarix: Sentyabr 30, 2021

Vaxt: 18:30

Məkan: Lotfi Zadeh Technology Center

Host: Aytac Müzəfərova

Spiker: Nemət Mirzəyev, Zümrüd Hüseynova, Vüsal Süleyman

EXPERTECH Meetup platforması çərçivəsində təşkil olunan SharEX tədbirlər silsiləsi ötən həftə Lotfi Zadeh Technology Center-də növbəti görüşünü keçirtdi.

Məhsul Menecmentliyi mövzusuna həsr olunan görüşdə qonaq məruzəçilərimiz Nemət Mirzəyev, Zümrüd Hüseynova və Vüsal Süleyman B2B, B2C və startup məhsul menecerlərini təmsil edərək hər seqmentin özəlliklərindən, bir ideyanın məhsula çevrilməsi istiqamətində keçdiyi mərhələ və proseslərdən, bu yolda qarşılaşdıqları çətinliklərdən danışaraq öz təcrübələrini bölüşürdülər. Tədbir Aytac Müzəfərovanın ev sahibliyi ilə təşkil olunmuşdur.

Dinləyicilər tərəfindən ünvanlanan suallar isə qonaqlar tərəfindən böyük həvəs ilə izahlı bir formada cavablandırılırdı. Qəhvə fasiləsi zamanında isə iştirakçılar onları maraqlandıran sual və mövzular haqqında fikir mübadiləsi aparır, məsləhətlər alır, netvorkinq edirdilər.

Görüşdə hal-hazırda bu sahədə çalışan, digər seqmentlərdə iş prosesi ilə yaxından tanış olmaq istəyən, karyerasını bu yöndə dəyişmək istəyən, məhsul menecerliyi üzrə təhsil alanların faydalana biləcəyi, yeni biliklər əldə edə biləcəkləri, real praktikanın və təcrübələrin paylaşıldığı öyrədici bir şərait yaradılmışdı.

Qeyd etmək istərdik ki, SharEX tədbirlər silsiləsi ilə biz rəqəmsal layihələrin idarəetmə metodları, istiqamətləri, tətbiq etmə yol və vasitələri haqqında yerli ve xarici bazarda mütəxəssislərin təcrübələrini bölüşməyi hədəfləyir.

Müxtəlif mövzuları əhatə etməklə bu istiqamədə tədbirlər tez-tez təşkil olunacaq.

Bizə qoşulun və dəyərimizə dəyər qatın!